Xəbərlər ::

SOSİAL :: Ferdi uçot sisteminde qeydiyyata alınan ecnebilerin sayı artıb

11-11-2015 10:31

Cari ilin noyabrın 1-i tarixine olan statistikaya esasen, ilin evveli ile müqayisede Dövlet Sosial Müdafie Fondunun ferdi uçot sisteminde qeydiyyata alınan ecnebilerin sayı 19,75 faiz artıb.

DSMF-nin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, oktyabr ayı erzinde elave olaraq 472 nefer ecnebi vetendaş qeydiyyata alınıb ve neticede ferdi uçot sistemindeki ecnebilerin sayı  26 972 nefere yükselib. 

Dövlet sosial sığorta sisteminde ferdi şexsi hesabı olan ecnebilerin 88,2 faizini (23 779 nefer) kişiler, 11,8 faizini (3 193 nefer)  ise qadınlar teşkil edir.

 

Ümumilikde 115 ölkenin vetendaşlarını ehate eden ecnebiler arasında en yüksek say göstericisi Türkiye vetendaşları (13 583 nefer) üzre müşahide olunur. Ferdi uçot sisteminde qeydiyyata alınan ecnebilerin sayına göre ikinci yerde gelen Gürcüstan vetendaşlarının sayı 2 949 nefere, üçüncü yerde gelen Rusiya Federasiyasının vetendaşlarının sayı ise 1 617 nefere çatıb.  

 

Sonrakı yerlerde Hindistan (966), İran İslam Respublikası (960), Çin Xalq Respublikası (844), Böyük Britaniya ve Şimali İrlandiya Krallığı (548), Pakistan İslam Respublikası (531), Ukrayna (422), Banqladeş Xalq Respublikası (375), Özbekistan (269),  Almaniya Federativ Respublikası (247), Filippin Respublikası (235), ABŞ (230), Qazaxıstan Respublikası (211), Türkmenistan Respublikası (209), Koreya (189), İtaliya Respublikası (187)  ve s. ölkeler qerarlaşıb.               

 

Xatırladaq ki, 2006-cı il yanvarın 1-den Azerbaycan menbelerinden emek ödenişi ve mecburi dövlet sosial sığorta haqqına celb olunan diger gelirleri elde eden ecnebilerin mecburi dövlet sosial sığortası ile ehate olunması prosesi heyata keçirilmekdedir.

 


Oxunub 291 defe