Xəbərlər ::

SOSİAL :: Tovuzlu Novruz: ““İmperator Qavanı” şeherine gedib çıxdım" – EYALETDE KİM VAR, KİM YOX

11-11-2015 16:53

 

Kiçik qardaşım, anamın son beşiyi Novruz Rusiyanın Port-Vanino şeherinde yaşayır. Hazırda qardaşımın 44 yaşı var. Rusiya vetendaşı Olqa Maqdanova ile ailelidi. Sebine ve Helime adında iki qız övladları var. Uşaqlar anamın ve müellime bacımın himayesinde yaşayır, kendimizde orta mektebde oxuyurlar. Novruzla Olqa ise dolanışıq üçün Uzaq Şerqde yaşayır, fürset düşen kimi kende, ata yurdumuza qayıdırlar.

Bu yaxınlarda qardaşım heyat yoldaşı ile kende, anama, uşaqlarına baş çekmeye, adeti üzre bir-iki ay Azerbaycanda yaşamağa gelibler. Düşündüm ki, doğma qardaşım olanda ne olar, bu defe de sayt üçün Rusiya vetendaşı olan qardaşımdan, onun ailesinden yazım. Fikrimi onlara bildirende hevesle razılaşdılar.

- Novruz, neçenci ilden Rusiyadasan?

- Bilirsen ki, esgerliyimi sovet ordusunda, Leninqrad ve Moskva etrafında çekmişem. Esgerliyi başa vurub kende qayıtdım, işsizlikden bezib xırda ticaretle meşğul olmaq üçün Xabarovsk şeherine, kendçilerimin yanına getdim. O vaxt  demek olar ki, tay-tuşlarımın hamısı pul qazanmaq üçün Rusiyaya gedirdi. Belece, kendli dostlarımla bazar alverile meşğul oldum. Ele böyük pullar qazanmasaq da, birteher başımızı dolandırır, kenddekilere yardım edirdik. Beş ile yaxın Xabarovsk vilayetinde yaşayası oldum. Onda işsizlikden eziyyet çeken rus gencleri de bizim kimi bazarlarda alvere başlayıb özlerine xırda biznes yaradırdılar. Sen deme, Olqa da orta mektebi bitirdikden sonra bazarda alver elemek qerarına gelir ve bu işe meyve, göbelek satmaqdan başlayır. Biz belece, 1997-ci ilde tesadüfen bazarda tanış olduq ve getdikce biri-birimize bağlandıq. Onun utancaq, saf, hem de qoçaq bir kend qızı olması meni çox çekirdi. Belelikle, biz alverimizi birleşdirib vetendaş nigahında yaşayası olduq. 1998-ci ilde ilk övladımız Sebine dünyaya geldi. Ne bilim, sonralar dolanışıq bizi Xabarovskdan da uzaqlara, hazırda yaşadığımız Vanino adlı liman şeherine aparıb çıxardı. Port-Vanino Sovet Qavanı adlanan şeherin bir eyaletidi. Çar Rusiyası dövründe “İmperator Qavanı” adlanıb. Evveller okean vasitesile gemilerde yapon maşınları, elektron avadanlıqlar gelirdi, indi her şey Rusiyanın özünde istehsal olunur.

- Yeni Yaponiya ile ticaret dayanıb?

- Yox, dayanmayıb. Bizden Çine, Yaponiyaya, Koreyaya xammal gönderilir. Kömür daşıyan neheng gemiler var ki, qatar vaqonları onların yanında kibrit çöpü kimi görünür. Texnika birbaşa vaqonları qaldırıb çevirerek yükünü gemilere boşaldır.

- Bir vaxtlar şeherde taksi sürürdün. Bes, indi ne ile meşğulsan?

- He, bir ara firmada taksi sürücüsü işledim. Şeherde demek olar, hamı meni tanıyır. Taksilik işi olanlar firmaya zeng edib, adeten meni soruşar, menim maşınımda getmeyi arzulayırdılar. Çünki araq içmeyen, siqaret çekmeyen adamam,  müşterilere, xüsusen yaşlılara ehtiramla yanaşar, yüklerine kömek eder, menzil başına deqiq çatdırardım. Yapon texnikasıdı, adam o maşınları bir barmağı ile de idare ede bilir. Takside qalan, iten eşyaları - en çox da telefon düşerdi - sahibine qaytarırdım.

- Gece taksi sürmek qorxulu deyildi ki? Serxoş sernişin, filan...

- O menada bizim şeher çox sakitdi. Eksine, müşteri serxoş olanda pulu bir az da artıq verir. Orda polis qeddarlığı, OMON özbaşınalığı kimi şeyler görmezsen. Ele sakit yer olduğuna göre de uzaqlığına dözürük. Qazancımız bir şey olmasa da, artıq oraya öyreşmişik.

- Azerbaycanlılar çoxdumu orda?

- Her növ senet sahibi olan azerbaycanlı var: ticaretçi, polis, hekim, herbçi, denizçi, maşın ustası, aşpaz...

- Ermeniler de çoxdumu?

- Var, kifayet qederdi. Ordakı ermeniler bizimle heç vaxt konfliktde olmurlar, heç bunu arzulamırlar da. Biz de elece.

- Hazırda ne iş görürsünüz?

- Biz Olya ile hemişe birge çalışmışıq. Men taksi sürende Olya mağazada işleyib. Yaxud, men mal daşımışam, Olya satıb. Taksiden çıxdıqdan sonra bir mağazanın içinde meyve satmaq üçün ayrıca guşe kirayelemişik, soyuq vaxtlarda bele eleyirik. İsti olanda ise açıq havada alvere üstünlük veririk. Yeni bütün çetinlikleri hemişe birge qarşılamışıq.      

- Orada darıxmırsınız?

- Darıxmağa vaxt tapanda darıxırıq, sözsüz. Esasen, uşaqlar, doğmalar üçün darıxırıq. Elbette, telefon, Skayp danışıqları adamın özünü evez ede bilmez. Bezen evde oturub onların uşaq vaxtlarını xatırlayır, özümüzü ovuduruq. Yollar çox uzaqdı, tesevvür ele, Genceden dörd saat yarıma uçursan Novosibirske, ordan da tezeden dörd saat uçursan Xabarovska, Xabarovskdan da qatarla bir sutka gedirsen ki, Vaninoya çatasan. Hele yolpulunu demirem. Yadındadı daa, arada gelmişdik kende, uşaqlar böyüyüb dil açana qeder burda yaşadıq. Sonra baxdıq ki, ekinçilikle bir şey eleye bilmeyeceyik, mecburen Rusiyaya qayıtdıq...

Söhbetin bu yerinde Olqa da bize qoşulur.

Olqa:

- Burda yaşayanda inek saxlayırdıq, hamı kimi kartof ekirdik. Sacda çörek bişirir, yağ-pendir tuturdum. Ancaq Rusiyadan gelen dost-tanışlar Novruzu ayağı rezin çekmeli görüb dediler, qayıt yanımıza. Axırda getmeye qerar verdik. Burda uşaqlar azerbaycanca danışırdılar. Ora çatan kimi Vaninoda bağçaya qoyduq, birce aya ruscanı öyrendiler. Sonradan yene 2010-cu ilde Sebineni beşinci, Helimeni ise dördüncü sinifden çıxarıb kende getirdik. Azerbaycan dilini bilmediklerine göre, mektebde bir sinif aşağıya götürdüler. İndi serbest danışır, derslerine davam edirler. Eyni zamanda rusca da danışırlar.

- Bes uşaqların özleri harda yaşamaq isteyirler, Azerbaycanda, yoxsa Rusiyada?

Sebine söhbetimize qoşulur.

Sebine:

- Evvelleri deye bilmerem, çünki yadımda deyil, ancaq indi yalnız Azerbaycanda yaşamaq isteyirem. Helime de menim kimi hemişe Azerbaycanda qalmağı arzulayır. Oraları gedib gezmek olar, ancaq yaşamaq üçün buraya üstünlük

- Olya, bes sen indi özünü hansı milletden hiss eleyirsen, azerbaycanlısan, yoxsa rus?

- Men azerbaycanlıyam, Novruz ise rusdu.

- Hee, senin azerbaycanlı olduğunu bilirem, bizim yemekleri de çox dadlı bişirirsen. Novruz söyleyir ki, Kürdemirden olan qonşumuz Akif dayı deyir, Olya temiz Tovuz lehcesinde danışır. Bes Novruz nece rusdu?

- Novruz qanunperestdi. Ancaq bizim azerbaycanlılar qanunu pozmağa çox meyllidi.

- Demek, sen özün, artıq, bir azerbaycanlı kimi  qanun pozmağa hazırsan?

- Yoox, qanun meselesinde rusluğumu saxlamışam. Bu menada Novruz da çox şeylerde azerbaycanlılığını saxlayıb.

- Bes, ikilikde olanda dalaşdığınız vaxtlar olurmu?

- Heç vaxt dalaşmırıq, mübahiseden o terefe keçmemişik. Biz biri-birimizi sevib evlenmişik. Hazırda Rusiyada doğma bacılarım da yaşayır, ancaq menim üçün en doğma insanlar övladlarım ve Novruzdu. 


Oxunub 286 defe