Xəbərlər ::

SOSİAL :: SOCAR-da işe qebul nece heyata keçirilir? - QAYDALAR AÇIQLANDI

11-11-2015 17:33

“Hal-hazırda Dövlet Neft Şirketinde ister işe qebulda, ister müxtelif karyera inkişaflarında neqativ hallar demek olar ki, minimum seviyyesindedir”

“Bezen 1 yere 400-500 müraciet olur”

“Vakansiya yarandıqda müsahibeden keçen kadrlar növbelilik prinsipi esasında birbaşa teyinat alırlar”

“Dövlet Neft Şirketi hesabına teqaüdle xaricde tehsil alan kadrlar müsabiqedenkenar işle temin olunurlar”

 

Bu fikirleri APA TV-de yayımlanan “Sosium” proqramının qonağı, SOCAR-ın Baş ofisi İnsan Resursları Departamentinin reisi Asif Bekirli deyib.

 

Asif Bekirli İnsan Resursları Departamentinin iş prinsipi barede melumat verib: “Evveller fealiyyet gösteren kadrlar şöbesinin esas funksiyası işçilerin işe qebulu, mezuniyyet ve ezamiyyetleri planlaşdırmaq, emek kitabçalarının hazırlanması, müqavilelerin bağlanması ve s. idi. Lakin indi müessiseler arasında reqabet kadrlardan başlayır ve müessiselerin uğuru kadrların peşekarlığından, seriştesinden, keyfiyyetinden asılıdır. İnsan resursları xidmetinin yaranmasının esas meqsedi subyektiv amillerin, neqativ halların, vezifeden sui-istifadenin aradan qaldırılması, işçilerin işe qebulunda, daxili yerdeyişmesinde, karyera inkişafında peşekarlıq, seriştelilik, tehsilin ön plana çekilmesi, kadrların arasında reqabetin şeffaf prinsiple idare olunmasıdır. İnsan Resursları Departamentinde bu xidmetler daha çevik ve müeyyen heyet terefinden kollegial şekilde heyata keçirilir. Teessüf ki, evveller tehsili olmayan şexslere özlerine aid olmayan işlerin hevale olunması, başqa iş yerlerinde nöqsanlar buraxanların, neqativ xasiyyetnamesi olanların işle temin olunması baş verirdi. Bu ise qabiliyyetli, üstün keyfiyyetlere malik şexslerin kenarda qalmasına, layiq olmayanların onların yerini tutmasına sebeb olurdu”.

 

Qonaq SOCAR-da işe qebul qaydalarından danışıb: “İşe qebul müvafiq merhelelerden ibaretdir. Müraciet edenler bütün müsabiqe proseduralarından keçdikden sonra iş yerine teyinat alırlar. Bezen 1 yere 400-500 müraciet olur. Müraciet edenler ilkin test merhelesinden keçirler. Senet seçimi heç bir insan faktoru olmadan, onlayn şekilde heyata keçirilir, sonra onların müeyyen qismi test imtahanına girirler, testden sonra müsahibelere celb olunurlar. Müsahibeden en yaxşılar seçilir. Azerbaycan Respublikası Qanunvericiliyinin Emek Mecellesine göre, müsabiqe yolu ile işe qebul olunan vetendaşlar sınaq müddeti keçmirler. Bundan sonra Dövlet Neft Şirketinin telim-tedris sertifikatlaşdırma merkezlerinde emeyin mühafizesi ve tehlükesizliyi texnikası ile bağlı müvafiq kurslar keçdikden sonra işe gönderilirler. Diger kadrlar ise bizim kadr ehtiyatı bazasını müeyyenleşdirirler. Gelecekde vakansiya yarandıqda onlar artıq müsahibeye celb edilmeden birbaşa növbelilik esasında teyinat alırlar”.

 

SOCAR resmisi şirketin teqaüd proqramlarından da danışıb: “Xarici teqaüd proqramlarına esasen, Dövlet Neft Şirketinin ayırdığı teqaüdle tehsil alıb geri dönen bizim mütexessisler, hemin o müqavile şertine uyğun olaraq, müsabiqeden kenar işle temin olunurlar ve qarşılıqlı müqavileye göre, Dövlet Neft Şirketinde çalışmalıdırlar. Bu kadrlar Dövlet Neft Şirketinin vitse-prezidentleri, müvafiq idare reislerinden ibaret komissiya qarşısında teqdimat edirler ve harada çalışmalarına qerar verilir. Bundan elave, bizde Azerbaycanın daxili ali mektebleri arasında daxili teqaüd  proqramı heyata keçirilir. Bu telebeler TQDK teşkil etdiyi testden keçmiş şexslerdir. Her il 2000-3000 telebe müraciet edir, müeyyen merhelelerden keçdikden sonra onlar Dövlet Neft Şirketinin daxili teqaüdçüleri olub, en azı axırıncı semestrin teqaüdçüsü olmaq şertile ali mektebi bitirdikden sonra işle temin olunurlar. Bu ali mekteblere Dövlet Neft Şirketine telebat olanlar daxildir”.

 

SOCAR temsilçisi üçüncü qrupa xüsusi istedada malik insanların daxil olduğunu deyib: “Bunlar o şexslerdir ki, her hansı böyük şirketlerde layihe heyata keçiribler, böyük iş tecrübesine malikdirler. Bele insanlar vitse-prezidentlerin teqdimatı esasında işe celb olunurlar. Bunlar ele şexslerdir ki, bu vakansiya üzre yerleri doldurmaq imkanımız yoxdur. Şirket rehberi emindir ki, bu şexsler Dövlet Neft Şirketine böyük fayda vere biler. Bu cür işle teminat müqavile esasında, müveqqeti ve ya mövsümi xarakterli de ola biler”.

 

Asif Bekirli SOCAR-ın adından istifade ederek insanlara guya işe qebul etmekle bağlı yalan vedlerin verilmesi hallarının da olduğunu deyib: “Biz defelerle beyan etmişik ki, şirketin adından istifade ederek, insanları işle temin etmek kimi yalan vedler verilir. Biz bu kimi halların hüquq mühafize orqanları terefinden hell olunmasının terefdarıyıq. Ona göre de bizim departamentin giriş qapısında böyük elanlar yazıb vurmuşuq. Her hansı bir neqativ halla rastlaşdıqda, şübheniz olduqda birbaşa hüquq mühafize orqanlarına müraciet edin. Sadelövh insanlar fırıldaqçıların ellerine düşür, sonra şirketin adı hallanır ve kimi neqativ hallar şirketin imicine tesir edir”.

 

SOCAR resmisi bildirib ki, iqtisadiyyatın güclü olması üçün dövlet müessiseleri keyfiyyetli mehsuldar çalışmalı, gelirle işleyib dünya bazarına çıxmalıdır: “Keyfiyyetli mehsulu ise keyfiyyetli kadr ortaya çıxarda biler. Dövletin iş bacaran, serişteli kadrları olsa, ona uyğun müessiseler formalaşsa bir çox layiheleri öz gücü ile heyata keçire biler. Azerbaycanda milli infrastruktura malik olan Dövlet Neft Şirketi kimi hecmli bir şirketde insan resurslarının idare edilmesi o qeder de asan mesele deyil. Bu hem riskli meseledir, hem de proses şirket rehberinin idareçiliyinden asılıdır. Prezident de çıxışında qeyd etdi ki, bütün dünyada tamam başqa görüntü var. Her bir meselede riskler hesablanmalıdır. O cümleden erzaq, tehlükesizliyi, enerji tehlükesizliyi ve sair meselelerde. Bunların hamısında uğur elde etmek üçün hemin sahede peşekar ve serişteli kadrların çalışması vacibdir. Bele olmasa, evvel axır problem çıxacaq. Buna göre de en qiymetli resurs insan resursudur”.

 

Asif Bekirli SOCAR-da iş qebulla bağlı vakant yerlerin açıqlanması proseduruna da aydınlıq getirib: “Vakansiyanın elan olunması birbaşa müessise rehberleri terefinden heyata keçirilir, SOCAR-ın saytında elan verilir. Vakant yere daxili yerdeyişme esasında kadrların yerleşdirilmesi struktur rehberlerinin selahiyyetindedir. Bu mümkün olmayanda daxili vakansiya elan edilir. Eger müsahibe yolu ile kadr tapılmırsa, ümumi vakansiya elan olunur. O zaman vetendaşlar şirketin saytının karyera bölmesinden işe qebul bölmesini seçir, müraciet formasını doldurur. İşe çüraciet etmiş şexslere gizli nömreden zeng olmur. Nömrelerimiz İnsan Resursları Departamentinin saytında var. İkincisi, müraciet eden şexslerin email ünvanlarına müracietler gönderilir, onlar test imtahanına devet olunur. İmtahanın gedişine hem nezaretçiler nezaret edir, hem de prosesin video çekilişi aparılır. İmtahan İnsan Resursları Departamentinde keçirilir. Sonuncu defe biz bu işi regionlarda teşkil etdik, 400-e yaxın insan işe qebul olundu. Sumqayıtda da imtahan keçirmişik, orada da insanlar görür ki hara gelib, imtahanı kim götürür. Bu mesele ile bağlı istenilen vaxt bize müraciet ede bilerler, meqsedimiz bu prosesi şeffaf heyata keçirmekdir”.

 

Asif Bekirli SOCAR-ın brend şirkete çevrilmek iddiasında olduğunu deyib: “SOCAR daha böyük layiheler uğrunda mübarize aparır, bu layihelerin birbaşa icraçısı olmaq isteyir. Brend şirkete çevrilmek iddiamız var. Bunun üçün de müvafiq, çevik, idareetmeye malik struktura sahib olmalısan. İşçi sayının optimallaşdırılması, iki pilleli sisteminden bir pilleli sistemine keçid zamanı çevik struktur deyişiklikleri qaçılmazdır. İki-üç müessise birleşirse, demeli burada işçi ixtisarı da baş verir. Şirketin hedef seçdiyi meseleler var, hedefe çatana kimi bu prosesler getmelidir”.

 

Departament reisinin sözlerine göre, ixtisara düşmüş işçiler taleyin ümidine buraxılmır: “Onlara teklifler olunur, 2-3 ay verilir, müvafiq proqramlara qoşulmaq teklif edilir. Bir il erzinde şerait yaradılır ki, o özü de iş axtarsın. Müessiseye lazım olduqda biz ixtisara düşmüş işçiler bazasından istifade edib bele emekdaşlarımızı işe celb edirik. Dövletimizin ve vetendaşlarımızın qarşısında söz veririk ki, ixtisarlar zamanı, müxtelif yerdeyişmeler yalnız Azerbaycan Respublikasının Emek Mecellesinde nezerde tutulmuş qanunvericiliyi daxilinde heyata keçirilecek, heç kimin haqqı tapdanmayacaq”. 


Oxunub 3717 defe