Xəbərlər ::

SOSİAL :: Magistr olmaq isteyenler bu xeberi oxusunlar

12-11-2015 12:22

Azerbaycanda uzun iller müzakire olunan ve parlamentin öten sessiyasında ilk oxunuşda qebul olunan “Elm haqqında” qanun layihesi yeniden müzakireye çıxarılacaq.

Milli Meclisden APA-ya verilen melumata göre, qanun layihesi parlamentin payız sessiyasının gündeliyine salınıb.

 

Müzakireler zamanı ilk oxunuşda seslendirilen teklif ve tövsiyeler, elece de müxtelif qurumlar terefinden alınan reyler araşdırılaraq Elm ve tehsil komitesinde nezerden keçirilecek, müvafiq sayılanlar növbeti müzakire zamanı senedde eksini tapacaq.

 

8 fesil ve 47 maddeden ibaret yeni layihede indiye qeder bu sahede boşluq olan bütün meqamlar eksini tapıb. Layiheye esasen, Azerbaycanın elm adamları öz elmi neticelerini ve mehsullarını xarici ölkelerde serbest sata bilecekler. Bundan başqa, layihede Azerbaycanda genc alimlerin ve elmi işçilerin menzille temin olunması üçün onlara güzeştli kreditler ve torpaq sahelerinin ayrılması teklif olunur. Qanun layihesinde doktorantura ve magistraturada tehsil almaq isteyenlere herbi xidmetden möhlet hüququnun verilmesi de eksini tapıb. Yeni oxunuşda bir sıra yeniliklerin elave olunduğu bildirilir.

 


Oxunub 316 defe