Xəbərlər ::

SOSİAL :: Öten ay 1494 nefer emek qanunvericiliyini pozub

12-11-2015 16:22

 

Cari ilin oktyabr ayında 1494 halda emek qanunvericiliyinin pozulması faktı qeyde alınıb.

 

Emek ve Ehalinin Sosial Müdafie Nazirliyinin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, bu il erzinde iş yerlerinde emek hüquqlarının pozulması hallarının tedricen azalması ile müşaiyet olunur.

 

Bele ki, son bir ayda vetendaş müracietlerinin araşdırılması zamanı aşkar olunan emek qanunvericiliyinin pozulması hallarının sayı öten ilin oktyabr ayı ile müqayisede 23,5 faiz, cari ilin sentyabr ayı ile müqayisede ise 17,1 faiz azalaraq 1494-e enib.

Ümumilikde, cari ilin 10 ayında bele hüquq pozuntularının sayında öten ilin müvafiq dövrü ile müqayisede 12,1 faiz azalma özünü gösterib.

Qeyd edek ki, emek qanunvericiliyinin teleblerine emel edilmemesi hallarının esasen topdansatış, tikinti, ticaret, ictimai iaşe sahelerinde özünü gösterdiyi müeyyen edilib. Aşkar edilen hüquq pozuntularının qısa müddetde aradan qaldırılması üçün qanunvericiliye uyğun tedbirler görülüb, işçilerin emek hüquqlarının pozulması hallarının bir daha tekrarlanmaması üçün aidiyyeti işegötürenlerle izahat işleri aparılıb.


Oxunub 220 defe