Xəbərlər ::

SİYASƏT :: İlham Eliyeve BMT-nin Ehali Fondunun mükafatı teqdim olunub

12-11-2015 16:47

Prezident İlham Eliyev noyabrın 12-de BMT-nin Ehali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qebul edib. Payiz.Az AzerTAc-a istinaden xeber verir ki, BMT ile uğurlu emekdaşlığa göre dövlet başçısına minnetdarlığını bildiren Babatunde Osotimehin elaqelerimizin inkişaf etdirilmesine Azerbaycan hökumeti terefinden yaradılan şeraitden memnunluğunu ifade edib. Azerbaycan xalqının ümummilli lideri Heyder Eliyevin 1994-cü ilde BMT-nin Qahirede keçirilen ehali ve inkişaf üzre Beynelxalq konfransında iştirak etdiyini böyük ehtiramla xatırlayan Babatunde Osotimehin ölkenin insan haqları ve uşaq hüquqları meselesinde böyük nailiyyetler qazandığını ve gender beraberliyine, qadın ve ana hüquqlarının qorunmasına önem verdiyini vurğulayıb, Azerbaycanda bu istiqametde görülen işleri yüksek deyerlendirib. Ölkemizin elverişli coğrafi mövqeyine ve elde etdiyi uğurlara toxunan qonaq Azerbaycanın regionda sülh ve tehlükesizliyin möhkemlendirilmesi baxımından da rolunu xüsusi qeyd edib. Temsil etdiyi teşkilatın Azerbaycan ile emekdaşlığın genişlendirilmesinde maraqlı olduğunu bildiren Babatunde Osotimehin birge proqramların hazırlanılmasının ve BMT-nin müxtelif tesisatları ile emekdaşlığın ehemiyyetini vurğulayıb. O, Azerbaycan ile tehsil, sehiyye, informasiya-kommunikasiya texnologiyaları ve diger sahelerde emekdaşlıq etmek niyyetinde olduqlarını deyib.

İ.Eliyev ölke haqqında ve elde olunan nailiyyetlerle bağlı dediyi xoş sözlere göre BMT-nin Ehali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehine teşekkürünü bildirib. Prezident Azerbaycanın müsteqilliyini berpa etmesinden öten müddet erzinde sosial siyasetin hemişe prioritet meselelerden biri olduğunu ve esas diqqetin ölkenin ehtiyaclarının ödenilmesine yöneldiyini qeyd edib. Sosial siyasetin icra olunmasında iqtisadiyyatın rolunu xüsusi qeyd eden dövletimizin başçısı bildirib ki, güclü iqtisadiyyat olmadan sosial proqramların heyata keçirilmesi mümkün deyildi.

Prezident İlham Eliyev qeyd edib ki, Azerbaycanda insanların gündelik heyatına menfi tesir göstermeden iqtisadi islahatlar heyata keçirilmekle sosial proqramlar da paralel olaraq icra edilib ve neticede iqtisadiyyat güclendikce insanların heyat şeraiti de yaxşılaşmağa başlayıb. Sehiyye sahesinde islahatlara toxunan dövletimizin başçısı ölkede 500-den artıq müasir xestexananın inşa olunaraq en yeni tibbi avadanlıqla techiz edildiyini, her il milyonlarla insanın pulsuz tibbi müayine olunduğunu vurğulayaraq bütün bunları ölkede heyata keçirilen sosial siyasetin ehemiyyetli bir hissesi kimi deyerlendirib.

 

Prezident İlham Eliyev Azerbaycanın BMT ve onun ayrı-ayrı tesisatları ile emekdaşlığı müxtelif sahelerde genişlendirmekde maraqlı olduğunu deydib.

 

Sonra Babatunde Osotimehin BMT-nin 1994-cü ilde Qahirede keçirilen ehali ve inkişaf üzre Beynelxalq konfransından ireli gelen meselelerin reallaşdırılmasında siyasi irade, yorulmaz fealiyyet ve böyük seyler gösterdiyine, elece de Davamlı İnkişaf Proqramının Azerbaycanda desteklenmesi, o cümleden qadınların ve genclerin sağlam heyat şeraiti imkanlarının genişlendirilmesi istiqametindeki xidmetlerine göre BMT-nin Ehali Fondu adından mükafatı prezident İlham Eliyeve teqdim edib.

 


Oxunub 481 defe