Xəbərlər ::

SOSİAL :: Şehid olmuş herbçilerin medalları aile üzvlerine teqdim olundu

02-08-2015 08:06

Azerbaycanın erazi bütövlüyünün qorunması ve torpaqlarımızın düşmen tapdağından azad olunması uğrunda canından keçmiş  3 bilesuvarlı  şehid ölke başçısının  serencamı ile dövletimizin ali herbi mükafatları ile teltif olunublar. APA-nın cenub bürosunun melumatına göre,  avqustun 1-de hemin medallar şeherin Heyder Eliyev Merkezinde keçirilen merasimde şehidlerin aile üzvlerine teqdim edilib.

 

Merasim dövlet himnimizin seslenmesi ile başlayıb. Daha sonra giriş sözü söyleyen Bilesuvar Rayon İcra Hakimiyyetinin başçısı Mahir Quliyev rayonda herbi vetenperverlik terbiyesine xüsusi önem verildiyini, bu istiqametde işlerin davamlı xarakter aldığını bildirib.

 

Diqqete çatdırılıb ki, Bilesuvar rayonu Qarabağ  uğrunda geden döyüşlerde 122 şehid verib. 114 bilesuvarlı Qarabağ elili statusu alıb. Adı diller ezberi olan cesur döyüşçü Mübariz İbrahimov ise ölümünden sonra Azerbaycanın Milli Qehremanı adına layiq görülüb.

 

Diger  çıxışlarda da Veten uğrunda qurban geden şehidlerin daim üreklerde yaşayacağı ve heç vaxt unudulmayacaqları döne-döne vurğulanıb.

 

Müdafie Nazirliyinin nümayendesi, polkovnik Abdulla Qurbani ise çıxışında dövletimiz terefinden torpaqlarımızın müdafiesi uğrunda şehid olmuş herbi qulluqçuların şücaetinin heç de diqqetden kenarda qalmadığını, onların aile üzvlerinin qayğı ve problemlerinin daim diqqet merkezinde saxlandığını qeyd edib. Bildirilib ki,  Azerbaycan Respublikasının müsteqilliyi, erazi bütövlüyünün qorunmasında ve herbi hissenin qarşısında duran döyüş tapşırığını yerine yetirerken gösterdikleri döyüş şücaetine göre 3 bilesuvarlı şehid ölke başçısının  24 iyun 2015-ci il tarixli serencamı ile ölümlerinden sonra yüksek döyüş medalları ile teltif olunublar.

 

Daha sonra hemin medallar şehidlerin aile üzvlerine teqdim edilib. Şehid gizir Pervin Eliyevin ölümden sonra teltif edildiyi “Herbi xidmetlere göre” medalını oğlu Riad, kiçik gizir Rahil Hüseynovun medalını ise anası Şahzade Hüseynova qebul edib. Şehid gizir  Şahmurad Elizadenin ölümünden sonra layiq görüldüyü “Herbi xidmetde ferqlenmeye göre” 3-cü dereceli medalı onun anasına teqdim olunub.

 

Sonda çıxış eden şehid ailelerinin üzvleri övladlarının mehz Veten torpaqları uğrunda helak olmaları ile qürur hissi duyduqlarını, lazım geldiyi teqdirde özleri de silaha sarılaraq döyüşe atılacaqlarını bildiribler.


Oxunub 1547 defe