Xəbərlər ::

SOSİAL :: TQDK nezaretçilerin qeydiyyat sistemini eletronlaşdırır

13-11-2015 10:53

Telebe Qebulu üzre Dövlet Komissiyasında (TQDK) test imtahanlarına ümumtehsil müessiselerinden celb olunan müellimlerden ibaret zal nezaretçileri bazasının formalaşdırılması işinin süretlendirilmesi ve semereliliyinin artırılması meqsedi ile yaradılmış “Nezaretçilerin elektron qeydiyyatı”sistemi ile işleyecek ümumtehsil müessiseleri terefinden cavabdeh şexs qisminde teyin olunan elaqelendiricilerle treninq keçirilib. 
 

TQDK-nın metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, treninqde Bakı ve Sumqayıt şeherlerinin ve Abşeron rayonunun, hemçinin qeyd olunan şeherlerde meskunlaşmış qaçqın ve mecburi köçkün rayonlarının ümumtehsil müessiselerinin elaqelendiricileri iştirak edibler. 
 

TQDK-nın Teşkilati-metodik teminat ve telimler sektorunun müdiri Adıgözel Hebibov iştirakçılara "Nezaretçilerin elektron qeydiyyatı" sisteminin strukturu, funksiyaları, sistemle işlemek qaydaları haqqında etraflı melumat verib. A.Hebibov hemçinin qarışda duran vezifeleri, o cümleden bazaya daxil edilmiş nezaretçi-müellimlerin şexsi ve diger zeruri (sosial sığorta kartının nömresi, emek haqqının ödenilmesi üçün bank rekvizitleri ve s.) melumatlarının bir daha deqiqleşdirilmesini, yeni nezaretçilerin qeydiyyatının aparılmasını, emek müqavilelerini bağlanmasını diqqete çatdırıb. 


Qeyd edek ki, “Nezaretçilerin elektron qeydiyyatı” sistemi ile işleyecek ümumtehsil müessiselerinin elaqelendiricileri ile treninqler TQDK-nın regional bölmelerinin emekdaşları terefinden regionlarda da davam etdirilir.


Oxunub 279 defe