Xəbərlər ::

SOSİAL :: Leyla Eliyevanın teşebbüsü ile xeyriyye meqsedli ticaret konsepsiyası tesis edilib

13-11-2015 13:58

Heyder Eliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin tesisçisi ve rehberi Leyla Eliyevanın teşebbüsü ile ölkemizde ilk defe olaraq, “Baku Corner” adlı xeyriyye meqsedi daşıyan edaletli ticaret konsepsiyası tesis edilib. Payiz.Az-ın melumatına göre, noyabrın 13-den etibaren yeni layihe - “Baku Corner” (www.bakucorner.az) ictimaiyyetin istifadesine teqdim edilir. Konsepsiyanın mahiyyeti yerli ve xarici senetkarlar terefinden hazırlanmış enenevi el işlerinin satışı üçün platforma yaratmaq ve bu senet eserlerini geniş ictimaiyyete çatdırmaqdır. “Baku Corner” insanlara öz yaradıcılığının hem estetik, hem de maddi baxımdan qiymetlendirilmesine yardım edecek bir layihedir. Bele ki, xalq senetkarları “Baku Corner”in internet sehifesi vasitesile müşteri bazarına birbaşa çıxış elde etmekle, emeklerinin behresini götürmek imkanı qazanmış olacaqlar. 

 

“Baku Corner” müxtelif medeniyyetleri ve xalqları terennüm eden mehsulların cemlendiyi vahid mekan rolunda çıxış edir. Nümayiş olunan mehsullar yüksek keyfiyyete ve tekrarolunmaz görünüşe malik olmaqla, alıcıların zövqünü oxşayacaqdır. “Baku Corner”de rastlaşacağınız her bir el işi öz görkemi ve tarixçesi ile bir-birinden ferqlenir. Burada Azerbaycanın istedadlı senetkarları terefinden hazırlanmış müxtelif mehsullar, xüsusile de rengareng kelağayılar nümayiş olunur. “Baku Corner”, hemçinin uşaq evleri ve internat mekteblerinde sığınacaq tapmış azyaşlıların istedad ve bacarıqlarının aşkar olunması ve qiymetlendirilmesinde de xüsusi rol oynayır. Bele ki, internet sehifesinde bu qrup gencler terefinden çekilmiş gözel resm eserleri de yer alıb.

 

“Baku Corner”de Hindistanda toxunulmuş enenevi şerfden Kambocada yerli ipekden hazırlanmış baş örtüyüne, Kolumbiya ve Qvatemalada yaşayan qadınların esrarengiz el işleri olan qolbaq ve boyunbağıdan Avstraliyanın köklü xalqlarının esrlerle istifade etdiyi naxışlarla bezedilmiş çantalara kimi bir çox esrarengiz mehsullar görmek mümkündür. Eyni zamanda insan rifahının yaxşılaşdırılması işini desteklemek meqsedile Leyla Eliyeva öz incesenet eserlerini de layiheye bexş edib.

 

“Baku Corner” istedadlı senetkarları layihede iştirak etmeye ve bacarıqlarını platforma vasitesile ictimai şekilde nümayiş etdirmeye devet edir. Senetkar ve senete deyer veren insanların görüş mekanı olan “Baku Corner” ile aşağıdakı vasitelerle elaqe saxlamaq mümkündür:

 

İnternet sehifesi: www.bakucorner.az, Feysbuk sehifesi: www.facebook.com/bakucorner, İnstaqram sehifesi: www.instagram.com/bakucorner


Oxunub 486 defe