Xəbərlər ::

SOSİAL :: “Sovetski”de dövlet ehtiyacı üçün alınan torpaqların müeyyenleşdirilmesi barede qerar qebul edilib

13-11-2015 16:05

 

Nazirler Kabineti Yasamal rayonunda dövlet ehtiyacı üçün alınan torpaq sahelerinin müeyyen olunması barede qerar qebul edib.

 

APA-nın melumatına göre, qerara esasen, Bakı şeherinin Yasamal rayonu erazisinde (“Sovetski” mehellesi) Neriman Nerimanov prospekti ile Abdulla Şaiq, Lev Tolstoy, Elibey Hüseynzade küçeleri ve Azerbaycan prospekti ile Abdulla Şaiq, Çingiz Mustafayev ve Süleyman Rehimov küçeleri arasındakı erazide 730, Nabat Aşurbeyova, Mirze Feteli Axundov, Çingiz Mustafayev ve Beşir Seferoğlu küçeleri arasındakı erazide 175 eded, Cefer Cabbarlı küçesi ile Balababa Mecidov küçesinin kesişmesinden Neriman Nerimanov prospektine qeder olan erazide 70 eded ve Balababa Mecidov küçesi ile Nabat Aşurbeyova küçesinin kesişmesinden Süleyman Rehimov küçesine qeder olan erazide 118 eded, ümumilikde sayı 1093 olmaqla vetendaşlara mexsus yaşayış ve qeyri-yaşayış obyektlerini Bakı şeherinin Baş Planına uyğun olaraq, dövlet ehemiyyetli yolların ve diger kommunikasiya xetlerinin çekilmesi meqsedile dövlet ehtiyacları üçün alan orqan kimi Bakı Şeher Yasamal Rayon İcra Hakimiyyeti müeyyen edilib.

 

Nazirler Kabineti “Torpağın dövlet ehtiyacları üçün alınması haqqında” Azerbaycan Respublikası Qanununun tetbiqi ile elaqedar elave tedbirler barede” 2011-ci il 15 fevral tarixli fermanına esasen bu barede qerar qebul edib.  Yasamal Rayon İcra Hakimiyyetine tapşırılıb ki, bu qerarda nezerde tutulan torpaq sahelerinin dövlet ehtiyacları üçün alınması ile bağlı hazırlıq tedbirlerini “Torpaqların dövlet ehtiyacları üçün alınması haqqında” qanunun teleblerine uyğun olaraq heyata keçirsin ve bu barede Nazirler Kabinetine teklifler teqdim etsin.

 


Oxunub 772 defe