Xəbərlər ::

SOSİAL :: ANS-in MTRŞ-ya qarşı iddiası temin edilmedi

13-11-2015 16:39

Bu gün Bakı Apellyasiya Mehkemesinde ANS Teleradio Şirketinin Milli Televiziya ve Radio Şurasına (MTRŞ) qarşı iddiası esasında mehkeme prosesi keçirilib.

 

APA-nın melumatına göre, prosesde qerar qebul edilib. Qerara esasen, ANS-in iddiası temin edilmeyib.

 

Qeyd edek ki, şirket şuranın 30 sentyabr 8/1 saylı qerarının leğv olunması xahişi ile müraciet edib.

 

Xatırladaq ki, sentyabrın 30-da MTRŞ-nın növbeti iclası keçirilib. İclasda ANS televiziyası terefinden “Televiziya ve radio yayımı haqqında” qanunun teleblerinin pozulması faktı üzre inzibati icraata baxılıb. 

 

ANS televiziyasının efirinde yayımlanan ve Xoşqedem Hidayetqızınınaparıcısı olduğu “Sen tek deyilsen” ve “Xoşqedemle axtarıram seni” proqramının yayımının 5 oktyabr 2015-ci il tarixden etibaren 1 (bir) ay müddetine dayandırılması barede qerar qebul edilib.

 

İclasda hemçinin yayımı dayandırılmış hemin iki proqramın efir vaxtında  medeni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müsteqil Yayım ve Media Şirketi” terefinden  temin edilmesi barede qerar qebul edilib.


Oxunub 278 defe