Xəbərlər ::

SİYASƏT :: “Cezaların İcrası” Mecellesinde deyişiklik edilib

13-11-2015 17:12

 

Prezident İlham Eliyev “Azerbaycan Respublikasının Cezaların İcrası Mecellesinde deyişiklik edilmesi haqqında” Azerbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1364-IVQD nömreli Qanununun tetbiqi barede ferman verib.

 

Payiz.Az-ın AzerTAc-a istinaden melumatına göre,  fermana esasen, Nazirler Kabinetine Azerbaycan Respublikası qanunlarının ve Azerbaycan Respublikası Prezidentinin aktlarının “Azerbaycan Respublikasının Cezaların İcrası Mecellesinde deyişiklik edilmesi haqqında” Azerbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ile bağlı tekliflerini üç ay müddetinde hazırlayıb Prezidente teqdim etmek, Nazirler Kabinetinin normativ hüquqi aktlarının hemin Qanuna uyğunlaşdırılmasını üç ay müddetinde temin edib , merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının hemin Qanuna uyğunlaşdırılmasını nezaretde saxlayıb bunun icrası barede beş ay müddetinde Prezidentine melumat vermek tapşırılıb.

 

Bundan başqa, fermana esasen, Cezaların İcrası Mecellesinin 17-1.2-ci maddesine uyğun olaraq, cezaçekme müessiselerinde ceza çeken narkoloji xeste mehkumların mecburi müalicesinin aparılması qaydalarını üç ay müddetinde müeyyen edib bu barede Prezidente melumat vermek,  “Azerbaycan Respublikasının Cezaların İcrası Mecellesinde deyişiklik edilmesi haqqında” Azerbaycan Respublikasının Qanunundan ireli gelen diger meseleleri hell etmek tapşırılıb.

Edliyye Nazirliyine ise merkezi icra hakimiyyeti orqanlarının normativ hüquqi aktlarının ve normativ xarakterli aktların “Azerbaycan Respublikasının Cezaların İcrası Mecellesinde deyişiklik edilmesi haqqında” Azerbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını temin edib Nazirler Kabinetine melumat vermek tapşırılıb.

Fermanda o da bildirilir ki, Azerbaycan Respublikasının Cezaların İcrası Mecellesinin 17-1.2 ve 17-1.7-ci maddelerinde nezerde tutulmuş müvafiq icra hakimiyyeti orqanının selahiyyetlerini Azerbaycan Respublikasının Nazirler Kabineti,  hemin Mecellenin 17-1.3-cü maddesinde nezerde tutulmuş müvafiq icra hakimiyyeti orqanının selahiyyetlerini Azerbaycan Respublikasının Edliyye Nazirliyi, hemin Mecellenin 17-1.5-ci maddesinde nezerde tutulmuş müvafiq icra hakimiyyeti orqanının selahiyyetlerini Azerbaycan Respublikasının Sehiyye Nazirliyi heyata keçirecek.

 

 


Oxunub 319 defe